1. Bildiyimiz kimi 2 cür Ərizə forması mövcuddur: Azərbaycan ve Ingilis dilində. Ingilis dilini orta səviyyədə bilirəm və ərizəni doldura bilərəm, amma sərbəst danişa bilmirəm. Sizcə ingilis dilində doldursam yaxşıdır və ya azərbaycanca doldurub ərizədə ingilis dilini bildiyimi qeyd etsəm yaxsıdır? 2. İş təcrübəsi bölməsində 3 sonuncu iş yeri barəsində məlumat verməliyəm. Hal hazırda işlədiyim şirkətdə iki müxtəlif vəzifədə işləmişəm(2006-ya qədər və sonra). Ərizəni doldurarkən onları bir iş yeri kimi qeyd edim və ya iki?